Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib

Mərkəzi Gömrük Hospitalının mama-ginekologiya şöbəsinin rəisi, t.f.d. Təranə Bayramova 11-14 sentyabr 2019-cu il tarixlərində  Turkiyənin İstanbul şəhərində Perinatal Tibb Ümumdünya Birliyi və Perinatal Tibb Beynəlxalq Akademiyasının dəstəyi ilə keçirilmiş 14-cü Ümumdünya Perinatal Tibb konfransında və İan Donald Ultrasəs məktəbinin təlim kursunda iştirak etmişdir.

Mərkəzi Gömrük Hospitalı tərəfindən Türkiyədə beynəlxalq konfransda iştirak etmək üçün ezam olunmuş həkim Təranə Bayramova apardığı elmi tədqiqat işinin nəticələrinə əsasən hazırladığı  “Orqan transplantasiyası resipientlərində hamiləlik nəticələri: 10 illik təcrübəmiz” və “Böyrək transplantasiyası resipientlərində hamiləlik: bizim mərkəzin nəticələri” mövzularında çıxış etmiş və  onun çıxışı xarici həmkarların  böyük marağına səbəb olmuşdur.

Moderatorları Prof. Asım Kurjak və Prof. Dr. Eberhard Merz olan “İAN Donald Ultrasəs” məktəbinin təlim kursunda fetal defektlərin aşkar olunmasında 3D/4D ultrasəs müayinələrinin rolu, 3D ultrasəslə dölün beyninin kistik anomaliyalarının və fetal ətraf defektlərinin təsbiti, anormal invaziv plasentanın ultrasəs müayinə xüsusiyyətləri, hamilə qadınlarda keysəriyyə çapığının ultrasəslə dəyərləndirilməsi, 3D ultrasəslə ektopik hamiləliklərin təyini, 3D/4D ultrasəs müayinəsinin sonsuzluqda tətbiqi mövzularında məruzələr dinlənilmiş, kurs iştirakçısı olan hər bir həkimə müasir 3D/4D cihazlarından istifadə qaydaları izah edilərək, onlara müayinə etmək imkanı yaradılmışdır.  

Konfransda müxtəlif xarici ölkələrdən gələn tədqiqatçı alimlərin fikirləri müzakirə edilmiş, perinatal tibbin tarixi, inkişafı, hamiləlik dopplerometriyası, 3D/4D ultrasəsin tətbiqi ilə döl anomaliyalarının təyin edilməsi, dölün ürək və ağciyər normal funksiyası və patologiyalarının  öyrənilməsi ilə əlaqəli çıxışlar olmuşdur. Eyni zamanda fetal terapiyada yeni müalicə aspektləri, döl anomaliyaları, döl ürəyinin araşdırılması, mamalıq fiziologiya və patologiyası, yeniliklər, prenatal və perinatal diaqnostikanın aparılması, neonatologiyada yeniliklər, hamiləlikdə arterial hipertenziyanın və hestasional diabetin müalicəsi, doğumxanada ana və yenidoğulana qulluğun aparılma qaydaları, doğum sonrası qanaxmalar və müdaxilələr, I trimestr ultrasəs müayinəsinin aparılması, fetal onurğa cərrahiyyəsi, neonatal infeksiyaların aradan qaldırılması yolları haqqında məlumatlar verilmişdir.

Müasir laborator və instrumental müayinə üsullarının düzgün tətbiq edilməsinə dair yeni məlumatların əldə edilməsi ilə yadda qalan konfransda Mərkəzi Gömrük Hospitalının mama-ginekologiya şöbəsinin rəisi, t.f.d. Təranə Bayramovanın əldə etdiyi müasir biliklər prenatal diaqnostika sahəsində yeni uğurlar qazanacağına yardımçı olacaqdır.

 

Dilarə Zamanova,
Planlaşdırma və Marketinq şöbəsi,
PR üzrə mütəxəssis

20 2019 10:51 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə