Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ardıcıl üç qələbə

Növbəti üç turda Türkiyə, Çin və Rusiya təmsilçiləri üzərində ardıcıl üç qələbə Azərbaycan şahmatçısı Aydan Höccətovaya Türkiyənin Qəbzə şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatının turnir cədvəlində öz mövqeyini xeyli yaxşılaşdırıb liderlər qrupuna daxil olmaq imkanı vermişdir. 
Bu qələbələr seriyasından sonra Aydan xal ehtiyatını 6-ya çatdırmış və 6,5 xalla ilk üç yeri tutan Aleksandra Maltsevskaya (Rusiya), Nino Xomeriki (Gürcüstan) və Dinara Dorçiyevadan (Rusiya) cəmi yarım addım geri qalır. 
Oğlanların turnirində isə Azərbaycan şahmatçıları arasında daha yaxşı nəticə göstərmiş Məhəmməd Muradlı və Ülvi Sadıqov hərəyə 5 xal toplamışlar. 
On bir turdan ibarət dünya çempionatında dünən rəqiblər doqquzuncu turun görüşlərində qarşılaşmışlar.
 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

13 Sentyabr 2018 20:23 - İDMAN
İDMAN
30 Sentyabr 2020 | 10:11
Bakıdakı Qran-pri ləğv olundu
30 Sentyabr 2020 | 09:59
"Traktor"dan Azərbaycana dəstək
29 Sentyabr 2020 | 21:41
Messinin rekordu təkrarlandı

Köhnə versiyamızdan xəbərləri izlə