Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Teatr yaradıcı kollektivi Fəvvarələr meydanında çıxış etdi

Teatr yaradıcı kollektivi Fəvvarələr meydanında çıxış etdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert verdi.

Konsert proqramı Mədəniyyət Nazirliyinın dəstəyi, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.

Bayram əhval-ruhiyyəli tədbirdə 110 yaşlı qocaman mədəniyyət ocağının böyük kollektivi - balet, xor truppası, orkestr və aktyor heyəti çıxış etmişlər.

Konsertdə təkcə dahi Ü. Hacıbəylinin ölməz əsərləri deyil, dünya klassiklərinin, eləcə də müasir bəstəkarların musiqiləri səsləndirilmiş, teatrın repertuarında xüsusi yer tutan tamaşalardan parçalar nümayiş etdirilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2019 15:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə