Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qoruqlarda “Avropa İrs Günləri”

Qoruqlarda “Avropa İrs Günləri”

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda “Avropa İrs Günləri” layihəsinə həsr olunmuş tədbirlər keçiriləcək.

Hər il ölkəmizin müxtəlif regionlarında keçirilən tədbirlər bu il Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və Quba Soyqırımı Memorial Kompleksində gerçəkləşəcək. “Avropa İrs Günləri” çərçivəsində qoruqlarda “açıq qapı” günləri və mədəni irsin qorunmasına həsr olunmuş maarifləndirici tədbirlər təşkil ediləcək. Ziyarətçilərin qoruqlara girişi ödənişsiz olacaq.

Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa İrs Günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsidir. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2019 15:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə