Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moldova gimnastı: Bakı möhtəşəm şəhərdir

Moldova gimnastı: Bakı möhtəşəm şəhərdir

Moldova gimnastı Darya Kuznetsova bildirib ki, biz dünya çempionatına uzun müddət və səylə hazırlaşmışıq.

Darya Kuznetsova Azərbaycana ilk dəfə gəldiyini deyib: “Komandamızdakı qızlar isə artıq burada olublar. Səfərdən əvvəl onlar danışırdı ki, Milli Gimnastikası Arenası çox gözəldir, burada məşq etmək rahatdır. Bakıya gələndə, doğrudan da bu cür olduğunu gördüm. Bakı möhtəşəm şəhərdir”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

19 2019 15:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə