Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xələf Xələfov: Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək

Xələf Xələfov: Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək

Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq regionun sabitliyində və inkişafında böyük rol oynayır.

Nazir müavininin sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək: "Avqustda birinci mərhələni bitirmişik. İkinci mərhələ görüşlər sentyabrın axırınadək davam edəcək. Biz ekspertləri dinləyib noyabrda komissiyanın növbəti iclasının Gürcüstanda keçirilməsini müəyyən edəcəyik. Yəni Gürcüstanla ekspertlər səviyyəsində görüşləri davam etdiririk".

X.Xələfov qeyd edib ki, Azərbaycan Qərbdəki tərəfdaşları ilə əməkdaşlıqdan əlavə, qonşu dövlətlərlə də qarşılıqlı hörmət və maraqlar əsasında uğurlu layihələr həyata keçirir.

 

“Xalq qəzeti”

19 2019 15:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə