Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ

Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ

Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında gürzlərlə hərəkətlərdə çıxış ediblər.

Məlumata görə, Z.Ağamirova 21.100 xal, V.Qudis 16.500 xal, Y.Luzan isə 16.050 xal yığıb.

Gimnastımız Zöhrə Ağamirova fərdi proqramda gürzlərlə çıxışını uğurla təqdim edib. Təmsilçimizin çıxışı Milli Gimnastika Arenasında böyük coşqu ilə qarşılanıb və hakimlər tərəfindən 20,800 xalla qiymətləndirilib. Gimnastımız hazırda ümumi sıralamada 15-ci pillədə qərarlaşıb.

Azərbaycan millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında altıncı pilləyə yüksəlib. Millimizin hesabında 147,050 xal var. Komanda hesabına 167,000 xalla İtaliya millisi başçılıq edir. Rusiya komandası 164,800 xalla ikinci, ABŞ isə 163,150 xalla üçüncü pillədə qərarlaşıb.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

 

“Xalq qəzeti”

19 2019 14:49 - İDMAN
İDMAN
16 Oktyabr 2019 | 21:00
Rekord göstərici
10 Oktyabr 2019 | 00:45
Campaolo istefaya göndərilib

Köhnə versiyamızdan xəbərləri izlə