Ən son xəbərlər
ABŞ-da neft ehtiyatının 5,3 milyon barrel azalması xəbərindən sonra dünya birjalarında “qara qızıl”ın qiyməti artmağa başlayıb.
Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir barreli 80,03 dollar olub. Sonuncu dəfə bu göstərici mayın22-də qeydə alınmışdı. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 70,50, Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli
81,50 dollar olub.
Neftin qiymətinin artması neft ixrac edən ölkələrin, xüsusilə, Rusiyanın milli valyutasına müsbət təsir edib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə