Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazax Sement Zavodu Berlində keçiriləcək mükafatlandırma mərasimində iştirak edəcək

Qazax Sement Zavodu Berlində keçiriləcək mükafatlandırma mərasimində iştirak edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial iqtisadi inkişafı Dövlət Proqramları ilə Respublikanın regionlarında qurulmuş müasir sənaye müəssisələri öz fəaliyyətlərini daim genişləndirməklə ixrac potensialını artıtır, həmçinin idarəetmə və yeni innovasiyanın tətbiqi ilə dünyanın aparıcı ölkələrinin müəssisələri ilə rəqabət aparır.

Qazax Sement Zavodundan aldığımız məlumatda deyilir ki, 2019-cu il oktyabrın 1-2-də Almaniyanın paytaxtı Berlin şəhərində beynəlxalq sement konfransı çərçivəsində 2019-cu il ərzində sement sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin mükafatlandırılması (Cement İndustry Awards 2019) keçiriləcək.

Konfransda dünyanın 30 dan çox ölkəsindən dəvət olunan sement sənayesi şirkətləri iştirak edəcək və burada sement sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin 2019-ci il üzrə mükafatlandırılması keçiriləcək.

Mükafatlandırma istehsalın optimallaşdırılması, modernləşdirmə, təhlükəsizlik, ətraf mühitin qorunması və müəssisələrin digər əsas göstəriciləri nəzərə alınmaqla həyata keçirilir. 3 fərqli nominasiyada üzrə keçiriləcək mükafatlandırmada Almaniya, Avstriya, Türkiyə, Argentina, ABŞ və Afrika ölkələrinin aparıcı sement sənayesi şirkətləri ilə yanaşı Qazax Sement Zavodu MMC (Akkord Sement) də iştirak edəcək.

Qeyd etmək istərdik ki, Qazax Sement Zavodu MMC (Akkord Sement) bu mükafatlandırma üçün ilkin mərhələni keçərək “İlin sement zavodu” nominasiyası üzrə nominant olaraq seçilmişdir və ölkəmizi CTP (Avstriya) GmbH və Opterra Zement GmbH (Almaniya) W & P Zement, Avstriya, Çimsa Türkiyə, Loma Negra, Argentina (Recycomb) və (Lomax), thyssenkrupp, INSEE Ecocyle və Sement materialları istehsalçıları (Cənubi Afrika) kimi aparıcı şirkətlər arasında təmsil edəcək.

Mükafatlandırma aşağıdakı 3 nominasiya üzrə keçiriləcək:  ilin sement zavodu, ilin sement layihəsi,  ətraf mühitin qorunması.

Nominasiya haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

https://www.cemnet.com/Conference/Item/183061/ICR-Cement-Industry-Awards-2019

 

“Xalq qəzeti”

19 2019 11:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə