Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Gömrük Hospitalının fizioterapevti Avropa Proloterapiya Məktəbinin təlimində iştirak edib

Mərkəzi Gömrük Hospitalının fizioterapevti Avropa Proloterapiya Məktəbinin təlimində iştirak edib

Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova 14-15 sentyabr 2019-cu il tarixlərində İtaliyanın Ferraro şəhərində Avropa Proloterapiya Məktəbinin Spine 2019 təlimində  iştirak edib. Proloterapiyanın müasir müalicə metodlarının öyrənilməsinə həsr olunmuş təlim Avropa Proloterapiya Məktəbinin vitse prezidenti Dr. Stefen Kavallino tərəfindən aparılıb.

Təlimdə bel, boyun, döş fəqərəsi disklərinin yırtıqlarının proloterapiya üsulu ilə müalicəsi,  kineyzio terapiyası, ultrasəs müayinəsi və xüsusi müalicəvi idman üzrə bel ətrafı müalicələr haqqında ətraflı məlumat verilib və müalicə üsulları pasiyentlərin üzərində tətbiq olunub.

Müasir tibb inkişaf etdikcə, bir sıra xəstəliklərin müalicəsi də reallığa çevrilir. XXI əsrin tibbində ağrı probleminin həllinə hamımızın bildiyi ənənəvi yanaşmalarla yanaşı, alternativ yanaşmalar meydana gəlmişdir. Proloterapiya üsulu ilə cərrahi əməliyyat olmadan, ağrısız olaraq həyata keçirilən əzələ, oynaq və onurğa ağrılarının inyeksiya ilə müalicəsi  mümkündür. 

Mərkəzi Gömrük Hospitalının fizioterapevti Dr. Səidə Kərimovanın təlimdə iştirak etməsinin məqsədi proloterapiya müalicə üsullarını  Mərkəzi Gömrük Hospitalında xəstələrin müalicəsində tətbiq etməkdir.

 

Dilarə Zamanova,
Planlaşdırma və marketinq şöbəsi
PR üzrə mütəxəssis

19 2019 11:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə