Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərdəkan Müalicə Pansionatında təmir cari ilin sonuna qədər yekunlaşacaq

Mərdəkan Müalicə Pansionatında təmir cari ilin sonuna qədər yekunlaşacaq

Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri aparılır. 200 çarpayılıq nəzərdə tutulan müəssisədə müasir tibbi-sosial reabilitasiya infrastrukturu yaradılacaq, əlilliyi olan şəxslərin daha efftektiv və səmərəli bərpa müalicəsi üçün yeni avadanlıqlarla təchiz olunacaq.             

Pansionatda təmir və yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Müəssisədə il ərzində 5000-dək stasionar, 1500-dək əlilliyi olan şəxsin ambulator şəraitdə bərpa müalicəsi alması mümkün olacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 11:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə