Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“English Language Teaching Assistant” proqramı ilə inglis dilinin tədrisi

“English Language Teaching Assistant” proqramı ilə inglis dilinin tədrisi

2019--2020-ci tədris ili ərzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət departamentinin təşkilatşılığı ilə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində “English Language Teaching Assistant” proqramı çərçivəsində ingilis dili fənnin tədrisi təşkil olunacaq.

Azərbaycan universitetlərində həmin proqramın icrasını təxminən 10 nəfərə yaxın müəllim həyata keçirəcək. Proqramın təşkilində başlıca məqsəd ölkə üzrə ali təhsil müəssisələri tələbələrinin inglis dili səviyyələrini yüksəltmək, eyni zamanda müvafiq fənn müəllimlərinin pedaqoji bilik və bacarıqlarını təmin etməkdir. 

Azərbaycan Turizm və Menecmenet Universitetində (ATMU) “English Language Teaching Assistant” proqramı çərçivəsində proqramlaşdırılan inglis dili fənni xanım Alangoya Tezel tərəfindən tədris ediləcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 11:12 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə