Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-nun professoru “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi medalı" ilə təltif olunub

ATU-nun professoru  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi medalı

Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru Rafiq Əsgərov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918--2018)” medalı ilə təltif olunub.

R.Əsgərov 65 il ərzində ATU-da tibb kadrlarının hazırlanmasında göstərdiyi yüksək xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən bu medala layiq görülüb.

Medal, professor Rafiq Əsgərova sentyabrın 18-də kafedranın müdiri, professor  Vaqif Şadlinski və ATU-nun stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov tərədindən təqdim olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 11:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə