Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqlim dəyişiklikləri ilə bağlı həyəcan təbili

BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişiklikləri ilə bağlı həyəcan təbili çalıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mənbə qeyd edir ki,  baş katib ABŞ-ın qərbində son günlər baş verən güclü yanğınları, Qrenlandiyada buz dağlarının əriməsini, Yer kürəsinin müxtəlif bölgələrində artan fırtınaları və quraqlığı iqlim dəyişikliklərinin nəticəsi kimi qiymətləndirib. 
Baş katib deyib: “İqlim dəyişikliyi müasir dövrün ən vacib problemlərindəndir, onun yaratdığı fəsadların həlli isə bəşəriyyət tarixində dönüş nöqtəsidir”. A.Quterreş onu da qeyd edib ki, söhbət bəşəriyyətin varlığına təhlükə törədən qlobal problemlərdən gedir. İqlim şəraitinin pisləşməsi nəticəsində kəskin ərzaq qıtlığının yaranması, Yer kürəsində flora və faunanın məhv olması və digər amillər var ki, bunlar son nəticədə ekoloji sistemin deqradasiyasına gətirib çıxaracaq. Baş katib bildirib ki, yaşadıqları ərazidə ərzaq məhsulları tapmayan insanlar isə öz yaşam areallarını dəyişmək məcburiyyətində ­qalacaq. Bu isə bəşəriyyətin ən ümdə problemlərindən biridir. 
Quterreş sonda qeyd edib ki, onilliklər boyu alimlərin çaldığı həyəcan təbili nəticəsiz qalıb və hazırda onların ən qorxulu proqnozları görünməkdədir. 
 

Mahmud QƏRİBOV,
 “Xalq qəzeti”

13 2018 20:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə