Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri

Milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri

Sabah Azərbaycan dövlətinin çağdaş tarixində olduqca mühüm əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili tamam olur. Bu mühüm hadisə ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev öz fikir və düşüncələrini qəzetimizin oxucuları ilə  bölüşərkən demişdir: 

– Hesab edirəm ki, “Əsrin müqaviləsi” milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan və sonrakı illər ərzində böyük uğurla həyata keçirilən bu tarixi müqavilə gənc, müstəqil Azərbaycanın sürətli inkişafına böyük təkan vermişdir. 
Bəllidir ki, hər bir millətin ən böyük sərvəti onun istiqlalı, siyasi müstəqilliyidir. Lakin tarix göstərir ki, gənc, müstəqil dövlətlər üçün təkcə siyasi müstəqillik əldə etmək kifayət etmir. Belə ki, hər bir gənc dövlətin güclənməsi üçün iqtisadi müstəqilliyin təmin olunması hava-su kimi zəruridir. Dahi siyasətçi Heydər Əliyev bu vacib amili hər zaman diqqətdə saxlayırdı. Əmin idi ki, “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın siyasi süverenliyi ilə yanaşı, iqtisadi müstəqilliyini də gücləndirəcək. 
Ümummilli lider Azərbaycanı yüksək tərəqqi etmiş, əhalisi firavan yaşayan azad bir dövlət kimi görməyi arzulayırdı. 1994-cü ildə gənc Azərbaycan dövləti üçün olduqca çətin, taleyüklü bir dönəmdə Heydər Əliyevin titanik səyləri nəticəsində  dünyanın iri şirkətləri ilə neft müqaviləsi imzalandı. 
Bu gün xoşbəxtlikdən ulu öndərin Azərbaycan xalqıının parlaq gələcəyinə xidmət edən müdrik siyasi kursu Azərbaycan dövlətinin, xalqımızın hazırkı lideri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Reallıq budur ki, Azərbaycan hazırda təkcə regionda deyil, eləcə də bütün dünyada sürətlə inkişaf edən bir dövlətə çevrilib. 
Sonda bir daha vurğulamaq istəyirəm ki, Bakıda 25 il bundan əvvəl bağlanan “Əsrin müqaviləsi” bundan sonra da neçə-neçə onillər, qərinələr boyu Azərbaycan xalqının rifahına və istiqlalına xidmət edəcək.  

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti” 

 

18 2019 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə