Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şengen razılaşması Avropa inteqrasiyasının ən böyük nailiyyətlərindən biridir”

“Euronews” agentliyinin yaydığı məlumata görə, Avropa Komissiyası Avropa İttifaqı daxilində sərhəd yoxlamalarına son qoyulmasında israrlıdır. 
Mənbənin məlumatına görə,  Avropa İttifaqının miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopulos deyib ki, Şengen razılaşmasının normal fəaliyyəti qısa zamanda bərpa olunmalıdır. Avrokomissar Şengen razılaşmasını Avropa inteqrasiyasının ən böyük nailiyyətlərindən biri adlandırıb. Dimitris Avramopulos Avropa Komissiyasının miqrasiya siyasəti ilə bağlı təkliflərinin təfərrüatlarını Brüsseldə təqdim edəcək. Hazırda sərhəd nəzarəti Almaniya-Avstriya sərhədində tətbiq olunur. Fransa, Danimarka, İsveç və Avropa İttifaqının üzvü olmayan, lakin Şengen zonasına daxil olan Norveç də öz sərhədlərinə nəzarəti həyata keçirir. Onlar bu addımı miqrasiya böhranı fonunda təhlükəsizliyi təmin etmək niyyəti ilə izah edirlər.
 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

 

13 2018 20:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə