Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ölkənin qüdrətlənməsinə xidmət edir

“Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ölkənin qüdrətlənməsinə xidmət edir

Xalqımız ulu öndər Heydər Əliyevin işləyib hazırladığı, dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”nin 25 illiyini qeyd edir. Çəkinmədən deyə bilərik ki, 1994-cü ildən sonra sentyabrın 20- si bizim üçün təkcə əlamətdar gün yox, məhz bayram günlərimizdən biri kimi əzizdir. Çünki həmin tarixi sazişdən sonra dünya ölkələrinin və xüsusən, qlobal neft şirkətlərinin Azərbaycana olan marağı gündən-günə artmışdır. Danılmaz faktdır ki, Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq neft şirkətləri ilə imzaladığı 30-dan çox müqavilənin hamısı məhz “Əsrin müqaviləsi”nin davamı olaraq ərsəyə gəlib.

Həmin neft sazişinin ölkəmiz və xalqımız üçün olan səmərəsinin miqyası barədə təsəvvür yaratmaq üçün bir faktı yada salmaq istərdik. Belə ki, dövlət başçımız bir nitqində xatırlatdı ki, Azərbaycan iqtisadiyyatına 263 milyard dollardan çox investisiya yatırılıb və bu qədər vəsaitin 50 faizdən çoxu xarici investisiyalardır. Əhalisinin sayı bu günlərdə 10 milyonu ötmüş, coğrafi cəhətdən o qədər də böyük ölkə olmayan Azərbaycanın iqtisadiyyatına bu qədər xarici investisiya gətirilibsə, həqiqətən, böyük uğurdur. 
Fikrimcə, bu, “Əsrin müqaviləsi”nin xalqımıza bəxş etdiyi səmərənin cüzi bir hissəsidir. Həmin sazişin ən böyük səmərəsi isə, dövlət müstəqilliyimizin ­qorunub ­saxlanılması olmuşdur. Heç kəsə sirr ­deyil ki, Azərbaycanın dövlət müstəqilliyini istəməyən qüvvələr 1991-ci ildə bərpa etdiyimiz müstəqilliyə də 1918-ci ildəki suveren dövlətimizin taleyini yaşatmaq istəyirdilər. Heydər Əliyev siyasi dühası həmin qara qüvvələrin istəyini məharətlə gözlərində qoydu. Belə ki, “Əsrin müqaviləsi” dünyanın ən güclü dövlətlərini Azərbaycanın dostuna çevirdi. Nəticədə biz öz dövlət müstəqilliyimizi qoruya bildik. Məhz ona görə də biz bu 25 illiyi bilavasitə bayram kimi qeyd etməliyik.

 

Telman HAQVERDİYEV,
fəlsəfə elmləri namizədi

 

18 2019 23:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə