Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi cəhətdən inkişafında mühüm rol oynadı

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi cəhətdən inkişafında mühüm rol oynadı

Sabah Azərbaycanın 1994-cü il sentyabrın 20-də xarici neft şirkətləri ilə imzaladığı ilk neft kontraktının – “Əsrin müqaviləsi”nin 25 ili tamam olur. Biz, yaşlı nəsil yaxşı xatırlayır ki, dünyaya səs salmış bu müqavilə Azərbaycan xalqının ümummilli lideri, uzaqgörən siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə reallaşdı.

Heç zaman unuda bilmərik ki, Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdana qədər Azərbaycanda bütün iqtisadiyyat, demək olar ki, dağılmış, qonşu dövlətlərlə iqtisadi-ticari əlaqələr qırılmış, ölkə iqtisadi böhran həddinə gəlib çatmışdı. Ölkəni bu vəziyyətdən çıxarmaq missiyası böyük siyasətçi Heydər Əliyevin üzərinə düşürdü. O, təcili surətdə  iqtisadiyyatın bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirməyə başladı. “Əsrin müqaviləsi”nin imzalanması bu sahədə çox böyük hadisə idi və ulu öndər bu məsələni reallaşdırmaqla Azərbaycan neftinin birbaşa dünya bazarına çıxarılmasının əsasını qoydu. Ümummilli liderin uzaqgörən səyləri nəticəsində bir neçə ildən sonra həmin müqavilə çərçivəsində Azərbaycana xarici investisiya və neft pulları daxil olmağa başladı ki, bu vəsait Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın inkişafına, əhalinin illərdən bəri yığılıb qalmış sosial problemlərinin həllinə yönəldildi.
Şübhəsiz ki, ulu öndər çox düzgün qərar qəbul etmişdi: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə iqtisadi inkişafını təmin etmədi, həm də ölkəmizin müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynadı. O zamanlar bəzi xarici dairələr buna mane olmağa çalışsalar da, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin dönməz siyasi iradə nümayiş etdirməsi məsələnin uğurla başa çatmasını təmin etdi. Bu gün də Azərbaycan  “Əsrin müqaviləsi”nin bəhrələrini görür və hələ uzun illər bu müqavilə və ondan sonra Prezident İlham Əliyev tərəfindən reallaşdırılmış digər neft-qaz layihələri ölkəmizin sosial-iqtisadi inkişafını təmin edəcək.

 

Seyfəddin ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri

 

 

18 2019 23:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə