Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Basqalda yeni məktəb binası

Basqalda yeni məktəb binası

Basqal qəsəbəsi İsmayıllı rayonunun ən qədim yaşayış məntəqələrindəndir. Burada ilk məktəbin fəaliyyətə başlaması 1887-ci ilə təsadüf edir. Əvvəllər bu məktəbdə iki, 1895-ci ildən isə dörd sinif fəaliyyət göstərib. XX əsrin əvvəllərindən Basqal məktəbini bitirənlər türk dili ilə yanaşı, fars və rus dillərini də bilirdilər. İndi o vaxtdan uzun illər keçib. Müstəqillik qazanan Azərbaycan ümummilli lider Heydər Əliyevin, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə hərtərəfli inkişaf yoluna çıxıb. 

Hazırda Basqalda əhalinin sayı 1540 nəfərdən çoxdur. Qəsəbədə bütün infrastruktur sahələri yenilənir. O cümlədən təhsilin müasir standartlar səviyyəsinə çatdırılması üçün onun maddi-texniki bazası möhkəmləndirilir. Təsadüfi ­deyil ki, Prezident İlham Əliyevin 2018-ci il 7 noyabr tarixli sərəncamı ilə qəsəbədə tam orta məktəb üçün yeni bina tikilib və sentyabrın 17-də tədris ocağının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin şagird və müəllim kollektivləri, kənd sakinləri və qonaqlar iştirak ediblər. 
Açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb. Nazir Ceyhun Bayramov ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən dövlət proqramlarının reallaşdırılması nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işlərdən danışıb. Təhsil naziri bildirib ki, 2003-2018-ci illərdə respublikada 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.
Nazir çıxışının sonunda yeni tədris binasının açılışı və dərs ilinin başlanması münasibətilə iştirakçıları təbrik edib, uğurlar arzulayıb. Çıxış edən RİH ­başçısı Mirdaməd Sadıqov rayon üzrə təhsil sahəsində görülən işlərdən, nailiyyətlərdən söz açıb, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan təhsil sisteminin aparıcı bir bölməsi olan İsmayıllı təhsili uğurlarını ilbəil artırır. Rayonun ümumi inkişafında müəllimlər və təhsil işçiləri əhəmiyyətli rol oynayırlar. Nailiyyətlərin ardıcıl və yüksələn xətt üzrə artması əsasən onun nəticəsidir ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva İsmayıllı təhsilinə, bütövlükdə rayona xüsusi qayğı göstərir, tədrisin müasir standartlar əsasında təşkili üçün lazımi şərait yaradırlar. Müəllim əməyi onlar tərəfindən yüksək qiymətini alır. Bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, Basqal qəsəbə tam orta məktəbi ikimərtəbəli, 432 şagird yerlikdir. Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyası, 18 sinif otağı, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir. Məktəb ­binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Burada istiliklə təminat üçün təbii qazla işləyən, müasir tələblərə cavab verən qazanxana tikilib. 

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri 

 

18 2019 23:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə