Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell Telekom” MMC tələbə təqaüdü proqramına müraciətlərin qəbulunu açıq elan edir

“Azercell Telekom” MMC tələbə təqaüdü proqramına müraciətlərin qəbulunu açıq elan edir

Fəaliyyət dövrü ərzində ölkəmizdə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində layihələrin həyata keçirilməsi ilə fərqlənən “Azercell Telekom” MMC  bu dəfə 2020-ci il üçün tələbə təqaüdü proqramını elan edir. 2009-cu ildən  başlayaraq artıq ənənəvi şəkildə hər il tələbələrə dəstək olmaq məqsədilə təşkil edilən bu layihə nəticəsində  180-dən çox gənc “Azercell” şirkətinin təqaüdçüsu adına  layiq görülüb. 
“Rəqəmsal dünyanı “Azercell”lə kəşf et” şüarı altında keçirilən “Azercell”ın tələbə təqaüdü proqamında  son iki kurs tələbələri öz biliklərini sınaya bilərlər. Tələbələrin bacarıqları  akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və digər meyarlar əsasında dəyərləndiriləcəkdir. Qaliblər təhsil ilinin sonunadək “Azercell”dən 200 manat məbləğdə aylıq təqaüd almaqla yanaşı, telekom sahəsi haqda biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək üçün əvəzolunmaz fürsət qazanacaqlar. Qeyd edək ki, “Azercell”ə  tələbə təqaüdünün 2020-ci ilə iştirak üçün müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi  16 oktyabr müəyyənləşdirilmişdir. Təqaüd proqramı üzrə müraciət etmək üçün müvafiq elektron müraciət ərizəsi doldurulduqdan sonra, tələbə bileti və qiymət kitabçasının ( transkript) skan versiyaları ilə birlikdə [email protected] e-mail ünvanına göndərilməlidir. 

“Xalq qəzeti” 

18 2019 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə