Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Balakəndə Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

Balakəndə Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

Avqustun 18-də Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi Günü ilə bağlı Balakəndəki “Balməkan” ailəvi istirahət mərkəzində tədbir keçirilib. Tədbirdə Balakən şəhər Uşaq İncəsənət Məktəbinin kollektivləri  konsert proqramı ilə çıxış ediblər. 
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə Balakən Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru  Arifə Tağıyeva açaraq qonaqları salamlayıb. 
Sonra rayon icra hakimiyyətinin başçısı İslam Rzayev tədbir iştirakçılarını salamlayaraq, bayram münasibətilə qonaqları təbrik etmişdir. RİH başçısı qeyd etmişdir ki, yaxın zamanlarda rayonda yeni Uşaq İncəsənət Məktəbi tikilib istifadəyə veriləcəkdir. 
Daha sonra məktəbin şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı və xor kollektivinin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən ibarət musiqi parçaları səsləndirilib. Məktəbin rəqs kollektivi bir-birindən gözəl rəqslər nümayiş etdirdi. Müğənni Seymur Qasımovun ifasında “Sevgili canan” və “Sənsiz”  romansları, “Arşın mal alan” musiqili komediyasından parçalar ifa olunub. 
Tədbirdə muğamlarımız və xalq mahnılarımız səsləndirilib. Muğam üçlüyündə–tarda  Şahin Abdullayev, kamançada Babək Abdullayev və solo muğam ifaçısı Pərviz Quliev çıxış ediblər.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri  

18 2019 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə