Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO Əfqanıstanda seçkiqabağı vəziyyətdən narahatdır

NATO Əfqanıstanda seçkiqabağı vəziyyətdən narahatdır

NATO rəsmisi bildirib ki, alyans rəhbərliyi Talibanla müzakirələrdən sonra Əfqanıstanda sabitliyin bərqərar ediləcəyinə ümid bəsləyir. Bu barədə “Amerikanın səsi” məlumat yayıb. 

Xəbərdə qeyd olunur ki, Əfqanıstanda sülh müzakirələri həftəsi gərgin keçib. Kabildə bir ABŞ əsgəri də daxil edilməklə, onlarca insanın ölümünə səbəb olan terror hücumundan sonra Prezident Donald Tramp əfqanıstanlı həmkarı və Talibanla müzakirələri təxirə salıb. 
Bir neçə gün sonra Taliban Moskvada görüş keçirib. Taliban Vaşinqtonla müzakirənin davam etdiriləcəyini bildirsə də, 100 illərlə mübarizənin davamına da hazır olduğunu bəyan edib.
Qeyd edək ki, NATO-nun hərbi liderləri bu günlərdə Sloveniyada keçirilən görüş zamanı Əfqanıstanla bağlı narahatlıqlarını dilə gətiriblər. NATO komandiri Tod Uolters bildirib: “Əfqanıstanla bağlı bir sıra narahatlıqlar mövcuddur. Hazırkı anda biz NATO tərəfdaşlarına ABŞ-ın və NATO-nun öhdəliyinə sadiq qaldığına dair mesajlar göndəririk. Missiyamız davam etdirilir”. 
Alyansın Hərbi Komitəsinin rəhbəri Stüart Piç isə bu məsələ ilə bağlı deyib: “Bu mövzuda parçalanma mövcud deyil. Müttəfiqlər tamamilə möhkəm vəhdətə malikdir. Son görüş zamanı  Əfqanıstan missiyasına sadiq olduqlarını bir daha təsdiq etdilər”. 
NATO komandirləri Əfqanıstanda prezident seçkiləri öncəsi zorakılıqların artacağından narahatdırlar. General Tod Uolters vurğulayıb ki, seçkilər çox ehtimal ki, mükəmməl olmayacaq. Amma seçkilərin mümkün qədər təhlükəsiz və etibarlı şəraitdə keçirilməsi üçün bütün imkanlara əl atılacaq. 
Sonda bildirək ki, Əfqanıstan Prezidenti Əşrəf Qani bir neçə gün əvvəl bildirib ki, ölkədə atəşkəs əldə edilməyincə, Talibanla müzakirələr təxirə salınacaq. Yeri gəlmişkən, Ə.Qani yenidən dövlət başçısı postu uğrunda mübarizə aparır. 

M.HACIXANLI, “Xalq qəzeti”

 

18 2019 20:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə