Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa Prezidenti: Səudiyyə Ərəbistanına ekspert qrupu göndəriləcək

Fransa Prezidenti:  Səudiyyə Ərəbistanına ekspert qrupu göndəriləcək

Fransa Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanının neft kəmərlərinə və Ər-Riyaddakı neft emalı zavodlarına təşkil olunmuş terror hücumunu araşdırmaq üçün bu ölkəyə ekspert qrupunun göndəriləcəyini açıqlayıb. Bu barədə “France Press” məlumat verib.

Mənbə qeyd edir ki, Emmanuel Makron Səudiyyə Ərəbistanına göndəriləcək mütəxəssislərin hücumla əlaqədar istintaq aparacağını bəyan edib. O, Səudiyyə Ərəbistanının zavodların vurulması ilə əlaqədar beynəlxalq istintaq aparılmasını tələb etdiyini xatırladıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı artıq neft ixracatını, neft obyektlərinə hücumlardan əvvəlki səviyyəyə qədər tam bərpa etdiyini açıqlayıb.
Ölkənin energetika naziri şahzadə Əbdül Əziz bin Salman bu barədə Ciddədə keçirilən mətbuat konfransında deyib ki, Ər-Riyad cari ilin oktyabr ayının sonu üçün neft hasilatının həcmini sutkada 11 milyon barrel, noyabrın sonu üçün isə sutkada 12 milyon barelə çatdıracaq. Hazırda Krallıqda sutkada 10 milyon barrel neft hasil olunur.
O, həmçinin “Saudi Aramco” neft şirkətinin bu ay müştərilər qarşısındakı öhdəlikləri yerinə yetirə biləcəyini söyləyib.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

18 2019 20:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə