Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ ilə Yaponiya arasında ilkin razılaşma əldə olunub

ABŞ ilə Yaponiya arasında ilkin razılaşma əldə olunub

 ABŞ və Yaponiya hökumətləri arasında bir ilə yaxın davam edən danışıqlardan sonra Prezident Donald Tramp bu ölkə ilə ticarət sazişi bağlamaq planı barədə Konqresə məktub göndərib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Ağ ev rəhbəri ticarət sazişini Yaponiya hökumətinin başçısı Sindzo Abe ilə bu ayın sonunda imzalamaq niyyətindədir. Bildirilir ki, S.Abenin sentyabrın sonunda BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka səfəri planlaşdırılır.  
ABŞ Prezidenti ticarət danışıqlarında əldə olunan ilkin razılıqla bağlı deyib: “Mən administrasiyamın Yaponiya ilə tarif baryerlərinə münasibətdə ticarət sazişi üzrə ilkin razılaşmalara nail olduğu barədə xəbər verməyə şadam. Yaxın həftələrdə sazişi bağlamaq niyyətindəyəm. Mənim administrasiyam tərəflər arasında daha ədalətli və qarşılıqlı ticarət sazişinin bağlanması barədə Yaponiya ilə bundan sonrakı danışıqlarda Konqreslə əməkdaşlığın davam etdirilməsinə ümidvardır”.
ABŞ lideri onu da əlavə edib ki, o, Yaponiya ilə rəqəmsal ticarətə dair icra sazişini də imzalayacaq. ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer bəyan edib ki, ilkin saziş sənaye, kənd təsərrüfatı və rəqəmsal satış sahələrini əhatə edir. Lakin Yaponiya istehsalı olan avtomobil və onların ehtiyat hissələri üzərinə qoyulan 2,5 faizlik tarifləri ləğv olunmur.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

18 2019 20:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə