Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Hava proqnozu

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Gecə 18-21, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. 
Naxçıvan Muxtar Respublikasında yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 11-16, gündüz 30-35 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 15-20, gündüz 25-30 , dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq. 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 17-21, gündüz 27-32, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq. 

 

18 2019 20:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə