Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeddinci dəfə “Emmi” mükafatı

Yeddinci dəfə “Emmi” mükafatı

“Taxt-tac oyunları” şousu “Creative Arts Awards”ın təqdimat mərasimində  ən yaxşı xüsusi effektlərə görə yeddinci dəfə “Emmi” mükafatına layiq görülüb. Fantaziya üslubunda olan televiziya serialı bu kateqoriyadan olan mükafatlara  görə “Ulduzlar yolu:Növbəti nəsil” və “Ulduzlar yolu: Voycer” filmlərini qabaqlayıb. “Taxt-tac oyunları” 2012-ci ildən başlayaraq, ən yaxşı xüsusi effektlərə görə mükafatının qalibi olmuşdu. Təkcə 2017-ci ildə film nominantlar arasında olmadığı üçün mükafat almayıb. Bu il şou mükafatı filmdə həlledici döyüşlərin getdiyi “Zənglər” epizoduna görə qazanıb. 
Məlumatı RİA “Novosti” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 
 

 

 

18 2019 20:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə