Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəri-Çıraq-Günəşli”nin (AÇG) 25 illik əsas uğurları

“Azəri-Çıraq-Günəşli”nin  (AÇG)  25 illik əsas uğurları

• 1997-ci ilin noyabrında ilk hasilat başlanandan bu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3,6 milyard barreldən artıq) neft hasil edilib.

• Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3,3 milyard barrel AÇG nefti dünya bazarına göndərilib.

• 2006-cı ildən bəri AÇG nefti ilə yüklənmiş 4300 tanker Ceyhan terminalından yola salınıb.

• Hasilatın başlanğıcından cari ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən çox AÇG səmt qazı Azərbaycana təhvil verilib.

• AÇG layihəsinin əsaslı xərcləri bu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil edib.

• 1994-cü ildə AÇG layihəsi başlanandan cari ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərcləyiblər.

• 2017-ci il sentyabrın 14-də AÇG sazişinin müddəti 2049-cu ilin sonunadək uzadılıb.

• Müqavilənin müddətinin uzadılmasının ardınca, bu il aprelin 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə sanksiya verilib. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.

• AÇG layihəsi çərçivəsində bir platforma – “Çıraq” platforması yenidən qurulmuş, 7 yeni platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilib, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılıb.

• Bu ilin ikinci rübünün sonunda AÇG-də 124 hasilat quyusu, 44 suvurma və 7 qaz injektor quyusu olub.

• AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var. Ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 140 ətraf mühitə təsirin qiymətləndirilməsi və 266 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

18 2019 17:33 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə