Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mariya Stadnik ikiqat dünya çempionu oldu

Mariya Stadnik ikiqat dünya çempionu oldu

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Yarışların dördüncü günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq çəkidə mübarizəyə start verilib.

Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisindən güclü olub. 1/4 finalda Rusiya idmançısına göz açmağa imkan verməyən Stadnik ilk hissədə qələbəni təmin edərək adını yarımfinala yazdırmaqla yanaşı, Olimpiadaya lisenziya qazanan ilk güləşçimiz olub.

Yarımfinalda çinli rəqibiylə gərgin keçən mübarizədən də qalib ayrılan Mariya 5-ci dəfə dünya çempionatının finalına yüksəlib. Stadnik həlledici qarşılaşmada ötən il Avropa çempionatının finalında yarım dəqiqə ərzində məğlub etdiyi Rumıniya güləşçisiylə üz-üzə gəlib. Tarix təkrarlanıb və növbəti dəfə rəqibinə tam üstünlüklə qalib gələn Mariya dünya çempionu adını qazanıb.

“Xalq qəzeti”

18 2019 17:31 - İDMAN
İDMAN
21 Oktyabr 2019 | 23:57
“Beşiktaş”da yeni prezident
20 Oktyabr 2019 | 10:14
Altıncı “Qızıl buts”
16 Oktyabr 2019 | 21:00
Rekord göstərici

Köhnə versiyamızdan xəbərləri izlə