Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrail gimnastı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

İsrail gimnastı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

İsrail gimnastı Yuliana Telegina bədii gimnastika üzrə dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra bildirib ki, özümü ələ ala və proqramımı yaxşı icra edə bildiyim üçün məmnunam.

Azarkeşlərin dəstəyinin çıxışına kömək etdiyini vurğulayan gimnast deyib ki,  Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb: “Burada məşqlər və uğurlu çıxış üçün lazım olan hər şey var. Mənim yarışlara hazırlıq üçün kifayət qədər vaxtım var idi, çünki mən çempionatın başlamasına dörd gün qalmış Bakıya gəlmişdim”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

18 2019 15:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə