Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şabranın ümumtəhsil məktəblərində 50-yə yaxın yeni müəllim fəaliyyətə başlayıb

Şabranın ümumtəhsil məktəblərində 50-yə yaxın yeni müəllim fəaliyyətə başlayıb

Bu dərs ilindən Şabran rayonunun ümumtəhsil məktəblərində 50-yə yaxın yeni müəllim fəaliyyətə başlayıb.

Müəllimlərin işə qəbulu müsabiqəsində rayondan 114 vakant iş yeri göstərilib.

Rayonun ümumtəhsil ocaqlarında daha çox biologiya, coğrafiya, musiqi və təsviri incəsənət fənləri üzrə ixtisaslı kadrlara ehtiyac var.

Müəllimlərin işə qəbulu müsabiqəsindən öncə təşkil edilən pedaqoji kadrların yerdəyişməsi müsabiqəsindən faydalanan 21 yeni müəllim Şabrana təyinat alıb. 26 pedaqoq isə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək rayonda dərs deməyə başlayıb.

Şabran Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülər Hüseynova bildirib ki, müsabiqələr vasitəsilə məktəblərdə pedaqoqlara olan tələbatın əsas hissəsi ödənilib. Müəllimlərin müddətli müqavilə ilə işə qəbulu müsabiqəsi davam etdiyindən boş qalan digər vakant yerlərin də dolacağı gözlənilir.

Hazırda rayondakı 47 tədris mərkəzində 1000-ə yaxın pedaqoq çalışır. Əsas kadr çatışmazlığı rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd tədris ocaqlarındadır.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 2019 14:36 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə