Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlıda bağlardan 3 min tondan çox meyvə yığılıb

Saatlıda bağlardan 3 min tondan çox meyvə yığılıb

Saatlıda meyvə yığımı davam edir. Ötən il bağlardan 3000 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bol məhsul yetişdiriblər.

Rayon Statistika İdarəsindən bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən səkkiz ayında rayonda mövcud olan 2 min 381 hektar meyvə bağından 3 min 762,1 ton məhsul toplayıblar. Yığılmış məhsulun 238,5 tonunu alma, 121,7 tonunu armud, 472,6 tonunu ərik, 319,8 tonunu albalı, 497,4 tonunu gavalı, 691,7 tonunu alça, 159,6 tonunu gilas, 289,6 tonunu şaftalı, 371,2 tonunu isə digər meyvələr təşkil edib.

Artıq saatlılı bağbanlar heyva və nar bağlarında məhsul yığımına başlayıblar və qısa müddətdə bağlardan 46 ton heyva, 33 ton nar tədarük olunub. Yığılan məhsul iri şəhərlərin bazarlarına göndərilir.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 2019 14:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə