Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin şəhid ailələri və qaziləri cəmiyyətlərinin rəhbərləri ilə görüş

Türkiyənin şəhid ailələri və qaziləri cəmiyyətlərinin rəhbərləri ilə görüş

Bakını işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin dəvətilə ölkəmizə gələn Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin ehtiyatda olan zabitlər dərnəyi, Türkiyənin müharibə əlilləri və şəhid ailələrinin dərnəyi, Türkiyə müharibə veteranları birliyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk müqavimət hərəkatının üzvləri Milli Məclisin deputatı. Qənirə paşayeva ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənlinin iştirak etdiyi görüşlərdə “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”,- deyən Q.Paşayeva “bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik”- deyib.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən deputat Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. O hər iki ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən də danışıb və cəmiyyətlər arasında əlaqələrin sürətlə artmasından məmnunluğunu bildirib. Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri “hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə, etməyə hazırıq”, - deyblər.

Görüşün sonunda Q.Paşayeva qonaqlara Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib. Onlar hər zaman Azərbaycanın yanında olduqları bildiriblər və hər bir təşkilat Q.Paşayevaya xatirə medalları təqdim ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 12:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə