Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Radiosunda Bədii Şura yaradıldı

Azərbaycan Radiosunda Bədii Şura yaradıldı

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.

Bədii Şuranın tərkibi də artıq müəyyən olunub. Onlar AzTV – nin sədr müavini Rəşad Nəsirov,  “Mədəniyyət” kanalı Proqram direktorunun müavini İlham Rəhimli, diktor Eldost Bayramov, “Uşaq verilişləri” redaksiyasının baş redaktoru Ələmdar Quluzadə, “Ədəbiyyat və incəsənət” redaksiyasının baş redaktoru Şəfəq Əlizanlı, Səhər” redaksiyasının baş redaktor müavini Qorxmaz Şıxalıyev, “Xəbərlər” redaksiyasının baş redaktor müavini Rövşən Ramazanlıdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, AzTV QSC-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2019 12:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə