Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNICEF Gəncədə yeni layihənin icrasına başlayacaq

UNICEF Gəncədə yeni layihənin icrasına başlayacaq

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşən UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin məlumat verib. Görüşdə UNİCEF-in Uşaq Fondunun Gəncədə gördüyü işlər ətrafında da müzakirələr aparılıb.

Niyazi Bayramov bildirib ki, Gəncə bilik, təhsil və tədris baxımından mərkəz şəhərə çevrilir. Burada 3 universitet, 3 kolleс fəaliyyət göstərir. Şəhərdə 46 tam orta məktəb var ki, onlardan da 39-u tam təmirlidir. Niyazi Bayramov həmçinin “Bilik günü”də Gəncədə Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin dəstəyi ilə 2 məktəb və 1 uşaq bağçası-körpələr evinin istifadəyə veridliyini diqqətə çatdırıb. O qeyd edib ki, tədris müəssisələri əsaslı şəkildə yenidən qurularaq, bütün lazımı avadanlıqlarla təchiz ediliblər.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin səmimi qəbula görə təşəkkürünü bildirib. O, qeyd edib ki, səfərinin əsas məqsədi yeni inteqrasiyalı sosial xidmətlər proqramı ilə bağlı icra olunan işləri nəzərdən keçirməkdir. Qonaq səfər çərçivəsində uşaqların müdafiəsinə dair təşəbbüslərə cəlb olunan yerli tərəfdaşlarla da görüşəcəyini bildirib.

"Artıq 2 aydır ki, Gəncədə “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində baxımsz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün mərkəz fəaliyyət göstərir. Bu müddətdə Mərkəz tərəfindən 100 ailəyə müxtəlif sosial xidimətlər göstərilib. Bu xidmətlərin 3-də 2-si davamlı xarakter daşıyır", - deyə Edvard Karvardin qeyd edib.                                                                                                                                           

Edvard Karvardin əlavə edib ki, UNICEF-in Uşaq Fondu inklüziv təhsillə bağlı bir sıra uğurlu layihələr həyata keçirir. Bu istiqamətdə Gəncənin 1 və 39 nömrəli  məktəblərində resurs mərkəzləri yaradılıb. Həmin resurs mərkəzlərində müəllim və valideyinlərə inklüziv təhsillə bağlı müxtəlif təlimlər keçirilir. Bu istiqamətdə sonuncu təlim Gəncə Dövlət Universitetinin müəllimləri üçün təşkil olunub.

UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri yaxın aylar ərzində görüləcək işlərlə bağlı da məlumat verib. O bildirib ki, bu ilil sonunadək “Erkən uşaqlıq dövrünün inkişafı” layihəsinin icrasına başlanılacaq. Layihə çərçivəsində Gəncədə 2 mərkəzin yaradılması nəzərdə tutulur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görülən işləri müsbət qarşıladığını və qeyd olunan istiqamətlərdə lazım olan köməkliyin göstəriləcəyini bildirib.

Görüşün sonunda hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

18 2019 11:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə