Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Günü tədbirləri keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Günü tədbirləri keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi əsaslı təmir-bərpadan sonra istifadəyə verilib.Bu barədə Ağstafa Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

 Açılış tədbirində iştirak edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov rəmzi məna daşıyan lenti kəsərək qarşıdakı tədris ilində məktəbin pedoqoji kollektivinə və şagirdlərə uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin mədəniyyət sahəsinə xüsusi diqqət və qayğısından geniş bəhs edən V.Qədirov sentyabrın 1-dən minimum əməkhaqqının artırılmasını ölkə prezidentinin xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində atdığı növbəti addımlardan biri olduğunu bildirib. Tədbirdə çıxış edən məktəbin tədris hissə müdiri Xəyal Nağıyev, fortepiano şöbəsinin müəllimi Arifə Umudova və başqaları onlara göstərilən bu etimad və qayğıya görə ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, mədəniyyət naziri Əbülfəs Qarayevə minnətdarlıqlarını bildirərək, yenilənmiş, bərpa olunmuş məktəb binasının onların pedoqoji fəaliyyətinə stimul verəcəyini, yeni-yeni nailiyyətlərə imza atacaqlarını, bu etimada layiq olmağa çalışacaqlarını dilə gətiriblər. Tədbir məktəbin müəllim və şagird kollektivinin hazırladığı Bilik Gününə həsr olunmuş konsert proqramı ilə davam etdi. Sonda xatirə şəkilləri çəkdirilib.

Eyni zamanda Qovlar şəhər və Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq Musiqi Məktəblərində Bilik gününə həsr edilmiş tədbirlər keçirilib. Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov və idarənin digər əməkdaşları həmin tədbirlərdə də iştirak edərək yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzu etdilər, yeni dərs ilinin başlaması ilə əlaqədar onları təbrik ediblər.

Həmçinin, idarənin tabeçiliyində fəaliyyət göstərən Qazax və Ağstafa şəhər Uşaq Musiqi Məktəblərində də Bilik Günü münasibətilə tədbirlər keçirilib, şagirdlərin və müəllimlərin iştirakı ilə konsert proqramları təşkil edilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 11:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə