Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bilik günü”nə həsr edilmiş konsert proqramı maraqla qarşılanıb

“Bilik günü”nə həsr edilmiş konsert proqramı maraqla qarşılanıb

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon 1 və 2 saylı Uşaq Musiqi Məktəbləri və Mədəniyyət Mərkəzinin kollektivləri “Bilik Günü”nə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.  Qazax rayon Mədəniyyət Mərkəzinin konsert zalında baş tutan tədbir musiqi məktəblərinin müəllim və şagirdlərdən ibarət ansambllarının, mərkəzin rəqs qrupunun, xor kollektivlərinin maraqlı ifaları ilə davam edib. Tədbirdə səslənən “Sarı Gəlin”, “Yaşa, Azərbaycan” və s. kimi ifalar maraqla qarşılanıb.

Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açaraq məktəblərin müəllim və şagird kollektivini təbrik etdi və onlara yeni tədris ilində uğurlar arzulayıb.  Natiq həmçinin, ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan söz açaraq, ölkə prezidenti cənab İlham Əliyevin məhz bu istiqamətdə gördüyü işləri, təhsilin keyfiyyətinin artırılmasını daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 11:21 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə