Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell Telekom” MMC tələbə təqaüdü proqramına müraciətlərin qəbulunu açıq elan edir

“Azercell Telekom” MMC tələbə təqaüdü proqramına müraciətlərin qəbulunu açıq elan edir

Fəaliyyət dövrü ərzində ölkəmizdə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində layihələrin həyata keçirilməsi ilə fərqlənən “Azercell Telekom” MMC,  bu dəfə 2020-ci il üçün tələbə təqaüdü proqramını elan edir. 2009-cu ildən  başlayaraq, artıq ənənəvi şəkildə hər il tələbələrə dəstək olmaq məqsədilə təşkil edilən bu layihə nəticəsində,  180-dən çox gənc “Azercell” şirkətinin təqaüdçüsu adına  layiq görülüb.

“Rəqəmsal dünyanı “Azercell”lə kəşf et” şüarı altında keçirilən “Azercell”ın tələbə təqaüdü proqamında  son iki kurs tələbələri öz biliklərini sınaya bilərlər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və digər meyarlar əsasında dəyərləndiriləcəklər. Qaliblər təhsil ilinin sonunadək “Azercell”dən 200 azn məbləğində aylıq təqaüd almaqla yanaşı, telekom sahəsi haqda biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək üçün əvəzolunmaz fürsət əldə edəcəklər. Qeyd edək ki, “Azercell” tələbə təqaüdü 2020-də iştirak üçün müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi olaraq 16 oktyabr müəyyənləşdirilmişdir. Təqaüd proqramı üzrə müraciət etmək üçün müvafiq elektron müraciət ərizəsi doldurulduqdan sonra, tələbə bileti və qiymət kitabçasının ( transkript) skan versiyaları ilə birlikdə [email protected] e-mail ünvanına göndərilməlidir.

 

 “Xalq qəzeti”

18 2019 11:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə