Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şəxsi heyəti üçün növbəti kurs təşkil olunub

FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şəxsi heyəti üçün növbəti kurs təşkil olunub

Sentyabrın 16-17-də BMT-nin Azərbaycan nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin şəxsi heyəti üçün “Beynəlxalq humanitar əməliyyatlarda iştirakın əsasları, beynəlxalq hüquq və davranış qaydaları” mövzusunda növbəti kurs keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kursun məqsədi şəxsi heyətin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması, eləcə də beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair bilik və bacarıqlarının daha da artırılmasından ibarət olub.
Kursun gedişində BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ofisində humanitar məsələlər üzrə analitik Elgün Tağıyev və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi-İran, fövqəladə hallara hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadənin Beynəlxalq Humanitar Əməliyyatlarda iştiraka dair beynəlxalq norma və qaydalar, fəaliyyətin əsas prinsipləri, etik və həssas məsələləri əhatə edən mövzularda təqdimatları dinlənilib. Həmçinin beynəlxalq humanitar əməliyyatlarda beynəlxalq təşkilatların rolu, BMT, Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin fəaliyyətinə dair məlumatlar kurs iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

18 2019 10:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə