Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qırğızıstan-Tacikistan sərhədində atışma

Qırğızıstan-Tacikistan sərhədində atışma

“İnterfaks”ın məlumatına görə, Qırğızıstan-Tacikistan sərhədində atışma olub. Atışma nəticəsində 8 nəfər Qırğızıstan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qırğızıstanın Baş naziri Məhəmmədkalıy Abılqaziyev göstəriş verib ki, sərhədlər möhkəm mühafizə olunsun. Hadisə yerinə baş nazirin müavini Jeniş Razakov və Dövlət Sərhəd Xidmətinin sədri Ularbek  Şarşiyev gediblər.
Qırğızıstan Xarici İşlər Nazirliyindən bildiriblər ki, hadisəyə Tacikistanın Qırğızıstan sərhədi yaxınlığında hərbi müşahidə məntəqəsi tikməsi səbəb olub.
Tacikistan Milli Təhlükəsizlik Xidmətindən bildiriblər ki, atəşi əvvəlcə qırğızlar açıb. Tacikistan tərəfi cavab atəşi verib.

Qəzənfər QASIMOV, “Xalq  qəzeti”

18 2019 10:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə