Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Səudiyyə Ərəbistanının neft obyektlərinə hücuma görə narahatdır

BMT Səudiyyə Ərəbistanının neft obyektlərinə hücuma görə narahatdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Səudiyyə Ərəbistanının neft obyektlərinə təşkil olunan hücumun regional münaqişəyə səbəb ola biləcəyindən narahatdır. Bu bəyanatla  BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits çıxış edib. Məlumatı BBC yayıb.
Mənbə qeyd edir ki, xüsusi nümayəndə Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumun bu ölkədə neft hasilatını kəskin şəkildə azaltmaqla yanaşı, Ər-Riyaddan kənarda da mənfi tendensiyaya səbəb olub. Martin Qriffitsin sözlərinə görə, bu insident nəticəsində Yəmən ən azı regional münaqişənin mərkəzinə çevrilə bilər.
Martin Qriffits əlavə edib: “Hələ ki, bu hücumların arxasında hansı qüvvələrin dayandığı məlum deyil. Lakin “Ənsar Allah” hərəkatının məsuliyyəti öz üzərinə götürməsi artıq həyəcan doğurur. Yekunda nəyin aydınlaşacağından asılı olmayaraq, açıq-aşkar görünür ki, Yəmən bizim hamımızın can atdığımız sülhdən daha çox uzaqlaşır. Burada regional sabitliyin pozulması ehtimalı da gündən-günə artır. Biz bu müharibənin təkcə Yəmən xalqının həyatını və rifahını alt-üst etdiyini görmürük. Təhlükə ondadır ki, Yəmənin özü bir ölkə kimi tamamilə yox ola bilər”.
M.Qriffits BMT TŞ-nin üzvlərini təxirəsalınmaz tədbirlər görməyə çağırıb. O,  hadisələrin bu ssenari üzrə davam etməsinə imkan verilməməsini tövsiyə edib. Xüsusi nümayəndə BMT Təhlükəsizlik Şuranın üzvlərinə Ədəndə və Yəmənin digər şəhərlərində mövcud vəziyyətlə bağlı məlumat verib. O, burada əsas liman şəhəri olan Hodeydada “Stokholm sazişi”nə uyğun olaraq atəşkəs rejiminə əməl olunmasından danışıb. Qriffits onu da əlavə edib ki, Yəməndə ən təhlükəli yer husilərin əlində olan cənub bölgəsidir.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 2019 10:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə