Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə, Rusiya və İran prezidentləri Ankarada görüşüblər

Türkiyə, Rusiya və İran prezidentləri Ankarada görüşüblər

Türkiyə, Rusiya və İran Suriyanın suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü tanıyır. Bu barədə Ankarada Türkiyə-Rusiya-İran üçtərəfli sammitin yekunları ilə bağlı qəbul olunmuş birgə bəyannamədə deyilir. Məlumatı TASS verib. 
Bəyannamədə qeyd edilir ki, Suriyanın şimal-şərqində təhlükəsizlik və sabitlik yalnız ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi əsasında təmin edilə bilər. Ona görə də Türkiyə, Rusiya və İran liderləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Suriyada terrorizmlə mübarizə bəhanəsi ilə “yeni reallıqlar yaratmaq” istiqamətində bütün cəhdləri rədd edirlər. 
Bəyannamədə deyilir ki, Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı planlara, eləcə də qonşu ölkələrin milli təhlükəsizliyi üçün təhdid yaratmaq cəhdlərinə qətiyyətlə mane olunmalıdır.
Prezidentlər ümid edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə yalnız BMT Təhlükəsizlik Şurasının 2254-cü qətnaməsinə uyğun olaraq, Suriya vətəndaşlarının rəhbərlik etdiyi siyasi proses vasitəsilə həll edilə bilər. 
Bəyannaməyə əsasən, dövlət başçıları ABŞ-ın Colan yüksəklikləri ilə bağlı beynəlxalq hüquq normalarını pozan və regional sülh və təhlükəsizliyi təhdid edən qərarını pisləyiblər. Bundan əlavə, prezidentlər İdlib zonasındakı vəziyyəti də ətraflı müzakirə edərək, İdlib üzrə bütün razılaşmaları, ilk növbədə, 17 sentyabr 2018-ci il memorandumunu yerinə yetirərək, yerlərdə sülhün qorunub saxlanmasının vacibliyini bildiriblər. İdlibdəki mülki əhalini və qarant ölkələrin hərbçilərini qorumaq üçün konkret tədbirlərin görülməsi qərara alınıb. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

18 2019 10:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə