Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Finlandiya: iqtisadi zəifləmə proqnozlaşdırılır

Finlandiya: iqtisadi zəifləmə proqnozlaşdırılır

“Euronews” agentliyinin yaydığı məlumata görə, Finlandiya iqtisadiyyatı artımı qarşıdakı illərdə  zəifləyəcək. Belə ki, Finlandiya İqtisadiyyatı Tədqiqat İnstitutunun  proqnozuna görə, ölkənin ümumi daxili məhsulu bu il 1,1 faiz, gələn il isə 0,9 faiz artacaq.

İqtisadi təhlilçilər bildirirlər ki, institutun yeni proqnozu mart ayının proqnozlarından aşağıdır. Belə ki, cari ilin martında həmin göstərici 2019-cu il üçün 1,4 faiz, 2020-ci il üçün 1,2 faiz proqnozlaşdırılmışdı.
Yeri gəlmişkən, Finlandiya İqtisadiyyatı Tədqiqat İnstitutu dünya iqtisadiyyatına dair yeni proqnozla çıxış edib. Proqnoza əsasən, dünya iqtisadiyyatını durğunluq gözləyir. İnstitutun ekspertləri bildirirlər ki, bu il dünyada ÜDM artımı gözlənildiyi kimi, 3 faiz təşkil edəcək ki, bu da ötən ilin göstəricisindən 0,6 faiz aşağıdır. Bildirilir ki, avrozonada isə iqtisadi artım 2019-cu ildə 1 faiz, 2020-ci ildə 0,9 faiz təşkil edəcək.
İnstitutun mütəxəssisləri qeyd edirlər ki, dünyada iqtisadi risklərin ən çoxu ticarət münaqişələri, habelə ABŞ və Böyük Britaniyada siyasi qeyri-müəyyənliklə bağlıdır. Proqnoza görə, ABŞ və Çin arasında ticarət münaqişəsi daha da kəskinləşəcək, ABŞ və Avropa İttifaqı arasında ticarət münaqişəsi yenidən güclənəcək və bu da dünya iqtisadiyyatına mənfi təsir göstərəcək.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

18 2019 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 Oktyabr 2019 | 11:18
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə