Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birjalarda neftin qiyməti artmaqda davam edir

Birjalarda neftin qiyməti artmaqda davam edir

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli əvvəlcə 68,80, sonra isə 67,92 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir bareli əvvəlcə 60,80, sonra isə 59,70 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli əvvəlcə 70,60, sonra isə 69,80 dollar olub.
Ekspertlər bildiriblər ki, Səudiyyə Ərəbistanındakı neft emalı zavodunun bərpasına hələ çox vaxt lazım olacaq. Buna görə də dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.
Rusiya Prezidenti Vladimir Putin isə Səudiyyə Ərəbistanına təklif edib ki, onlar “S-300” və ya “S-400” raket əleyhinə qurğuları alsınlar və ölkənin yanacaq-energetika kompleksinin müdafiəsini gücləndirsinlər.

 

Qəzənfər  QASIMOV, “Xalq  qəzeti”

 

18 2019 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə