Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Hava proqnozu

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 18-21, gündüz 26-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq. 
Naxçıvan Muxtar Respublikasında yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 10-15, gündüz 27-32 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 12-17, gündüz 24-28 , dağlarda gecə 6-10, gündüz 18-23 dərəcə isti olacaq. 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22, gündüz 28-33 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 18-20, gündüz 24-29, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

18 2019 10:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə