Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir:Onların bu hərəkəti hamının marağına səbəb oldu...

Şəmkir:Onların bu hərəkəti hamının marağına səbəb oldu...

Neçə vaxtdır Şəmkirdə Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz özünün təşəbbüskarlığı, rayonun ictimai-siyasi həyatında fəal iştirakı ilə fərqlənir. Ötən şənbə Mərkəz yenə də maraqlı və xeyirxah bir iş görərək hamının diqqətini özlərinə cəlb edə bilib. Mərkəzin "Eko klub"u Şəmkir şəhər İƏD üzrə nümayəndəliklə  birlikdə şəhərin "18-ci küçə" deyilən ərazisində təmizlik aksiyası keçirib.

Aksiyada Şəmkir GİKM-nin əməkdaşları, gənc könüllülər, "Eko klub"un üzvləri, Şəmkir şəhər İƏD üzrə nümayəndəliyin əməkdaşları iştirak ediblər.

Tullantı və yabanı bitki örtüyündən təmizlənmiş əraziyə Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən əlavə texnika da cəlb edilib.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

17 2019 17:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə