Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Radiosunda da bədii şura yaradılıb

Azərbaycan Radiosunda da bədii şura yaradılıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Azərbaycan Radiosunda bədii şura yaradılıb.

QSC-nin  sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin bu barədə 

KİV-ə açıqlmasında bildirilir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, AzTV-də artıq 8 aydır ki, TV sahəsində bədii şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müvafiq müzakirələr aparır. Bugünlərdə radioda yaradılan bədii şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqilərin və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

Bədii Şuranın tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

–Rəşad Nəsirov – AzTV- nin sədr müavini;

–İlham Rəhimli – “Mədəniyyət” kanalı proqram direktorunun müavini;

–Eldost Bayramov – diktor;

–Ələmdar Quluzadə – “Uşaq verilişləri” redaksiyasının baş redaktoru;

–Şəfəq Əlixanlı – “Ədəbiyyat və incəsənət” redaksiyasının baş redaktoru;

–Qorxmaz Şıxalıyev – “Səhər” redaksiyasının baş redaktor müavini;

–Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.


R.TAHİR,
 “Xalq qəzeti”

17 2019 15:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə