Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər fondunun istedadlı tələbələrə dəstəyi

Gənclər fondunun istedadlı tələbələrə dəstəyi

Gənclər Fondunun mediaya açıqlamasında bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq göstərişinə əsasən, həyata keçirilən “Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə növbəti müsabiqənin nəticəsi olaraq ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərclərini (tam və ya qismən) bu fond ödəyəcək.

Fond bəyan edib  ki, sosial həssas kateqoriyalardan olan, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin dəstəklənməsi və digər addımlar atılmaqdadır.

Xatırladaq ki, “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2018-ci ildə keçirilmiş müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borclarını da Gənclər Fondu ödəmişdir.

 

R.TAHİR,
“Xalq qəzeti”

17 2019 15:03 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə