Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya gimnastı: Bura doğma zaldır, doğma xalçadır, doğma Bakıdır

Rusiya gimnastı: Bura doğma zaldır, doğma xalçadır, doğma Bakıdır

Rusiya gimnastı Dina Averina bildirib ki, mən xalçaya çıxdım və öz proqramımı maksimum yerinə yetirdim.

Dina qeyd edib ki, çıxışın daha çətin olacağını düşünüb: “Amma çox rahat çıxış etdim, yəqin ona görə ki, mən Bakıda artıq bir neçə dəfə çıxış etmişəm. Biz həm də iki podium məşqi keçirdik, zala alışdıq. Bura doğma zaldır, doğma xalçadır, doğma Bakıdır, mənim burada hər şey çox xoşuma gəlir”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

 

“Xalq qəzeti”

17 2019 14:52 - İDMAN
İDMAN
21 Oktyabr 2019 | 23:57
“Beşiktaş”da yeni prezident
20 Oktyabr 2019 | 10:14
Altıncı “Qızıl buts”
16 Oktyabr 2019 | 21:00
Rekord göstərici

Köhnə versiyamızdan xəbərləri izlə