Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında

Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında

Moskvada nəşr olunmuş “Политическое наследие периода ханств истории Азербайджана в свете документов” (“Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”) kitabı Rusiyanın aparıcı kitabxanalarına verilib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, akademik Ramiz Mehdiyevin müəllifi olduğu kitab Rusiyanın 20-yə yaxın ən nüfuzlu kitabxanasının fonduna daxil edilib. Onların sırasında Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Rusiya Federasiyası Prezident Administrasiyası Kitabxanası, Rusiya Federasiyası Parlament Kitabxanası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi  Kitabxanası, Rusiya Elmlər Akademiyası Kitabxanası və oxucuların daha çox müraciət etdiyi digər kitabxanalar var.
Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən olan xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətlərini üzə çıxaran kitab bir çox elmi mənbələrdə əksini tapmış yanlış qənaət və nəticələrin aradan qaldırılmasına, eləcə də ictimai fikir üçün aktual və önəmli olan mövzuya daha sistemli və ədalətli baxışın formalaşmasına imkan yaradır, tarixi hadisələri, simaları tutarlı elmi faktlar və arxiv sənədləri vasitəsilə işıqlandırır.
Tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbə olan əsərin rus dilinə tərcüməçisi Püstə Axundova, redaktoru Nadiyə Qafarova və Fərrux Rzayevdir. Mətnlərə dair şərh və qeydlərin müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayevdir.

16 2019 23:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə