Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

Türkiyənin Vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 
Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.  

AZƏRTAC

16 2019 23:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə